Etibarlı usta axtarışı
Usta tap — işinizə uyğun peşəkarı tapın
Elan saytlarında saatlarla axtarmağa, tanış soruşmağa ehtiyac yoxdur. Görüləcək işi deyin — sahəsi üzrə uyğun usta ilə əlaqələndirək.
- İşə uyğun usta
- Şəffaf qiymət
- Ünvana xidmət

Usta axtarışı haqqında
Usta axtarmaq yerinə işi izah edin, uyğununu tapaq
Usta tapmağın çətin yeri əlaqə nömrəsi deyil — işin düzgün adama düşməsidir. Kafel işini malyar, kombi işini elektrik görə bilməz. Görüləcək işi izah edin: sahəsi üzrə iş görən usta ilə əlaqələndirilirsiniz.
Hansı sahələr üzrə usta tapa bilərsiniz?
- Boya, şpaklyovka, oboy və daxili tamamlama
- Kafel, metlax və keramik plitə döşənməsi
- Alçıpan tavan, arakəsmə və quru tikinti
- Santexnika və elektrik quraşdırılması
- Kombi, kondisioner və məişət texnikası servisi
- Mebel, tamet və həyət işləri
Sadə axtarış
Uyğun ustanı necə tapırsınız?
- 1
İşi izah edin
Nə görüləcəyini, təxmini həcmi və ünvanı bildirin.
- 2
Uyğun usta seçilsin
Həmin sahə üzrə işləyən usta müəyyən olunur və sizə təqdim edilir.
- 3
Şərtləri razılaşdırın
Vaxt, iş həcmi və qiymət işə başlamazdan əvvəl dəqiqləşdirilir.
Çox verilən suallar
Usta tapmaqla bağlı suallar
Usta tapmaq nə qədər çəkir?
Adətən müraciətdən qısa müddət sonra uyğun usta müəyyən olunur. Müddət işin sahəsindən və ünvandan asılıdır.
Ustanın işinə necə əmin ola bilərəm?
Usta öz sahəsi üzrə iş görür. İşə başlamazdan əvvəl görüləcək işi, materialı və qiyməti yazılı şəkildə dəqiqləşdirmək tövsiyə olunur.
Kiçik işlər üçün də usta tapmaq olar?
Bəli. Bir rozetkanın dəyişdirilməsi və ya bir kranın təmiri kimi kiçik işlər üçün də müraciət edə bilərsiniz.
İşinizə uyğun usta axtarırsınız?
Görüləcək işi qısaca izah edin — sahəsi üzrə uyğun usta ilə əlaqələndirək.